Simpozium Haqqında

Türk Dünyasının dili, ədəbiyyatı, tarixi, incəsənət tarixi, maarifi, beynəlxalq münasibətləri və siyasəti, maddi və mənəvi dəyərləri, iqtisadi məsələləri kimi humanitar elmlərin hər bir sahəsi ilə bağlı elmi tədqiqatlarda ortaq bir iş aparmaq məqsədilə təşkil edilən Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun birincisi Niğde Universiteti, Qazax Dövlət Qızlar Pedaqoji Universiteti (Almatı, Qazaxıstan) və M. Akmulla Başqırt Dövlət Pedaqoji Universitetinin (Ufa, Rusiya) əməkdaşlığı ilə 18-21 mart 2014-cü il tarixlərində Niğde Universitetinin ev sahibliyində Niğdedə həyata keçirilmiş, Simpoziumda 18 ölkədən 356 məruzə təqdim olunmuşdur.

II Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu eyni tərəfdaşlarla Qazax Dövlət Qızlar Pedaqoji Universitetinin ev sahibliyində 20-22 may 2015-ci il tarixlərində Almatıda keçirilmiş və 12 ölkədən 300 məruzə təqdim olunmuşdur.

III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu isə yuxarıdakı universitetlərlə yanaşı, Bakı Avrasiya Universitetinin (Bakı, Azərbaycan) də iştirakı və Yunus Əmrə İnstitutunun dəstəyi ilə 25-27 may 2016-ci il tarixlərində Bakı Avrasiya Universitetinin ev sahibliyi ilə Bakıda keçirilmişdir. Simpoziumda 13 ölkədən 100-ə yaxın universitet və qurumdan 700 nəfər məruzə etmək üçün müraciət etmiş, 413 məruzə Simpoziumda çıxış etmək üçün qəbul edilmişdir.

IV Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu 26-28 aprel 2017-ci il tarixlərində Ömər Halisdəmir Universiteti, Qazax Dövlət Qızlar Pedaqoji Universiteti (Almatı, Qazaxıstan) və M. Akmulla Başqırt Dövlət Pedaqoji Universitetinin (Ufa, Rusiya) əməkdaşlığı ilə Ömər Halisdəmir Universitetinin ev sahibliyində Niğdedə həyata keçirilmiş, Simpoziumda 15 ölkədən 450 məruzə təqdim olunmuşdur.

2014-ci ildən etibarən Simpozium Proqramı çərçivəsində ənənəvi hala çevrilən və Simpoziumun təşkilatçısı olan universitetlərin tələbələrinin iştirakı ilə “Kökümüz Bir – Türkük Festivalı” keçirilir. Türk Dünyasının mədəniyyətinin nümayiş edildiyi Festivalla yanaşı, ev sahibi olan ölkədə keçirilən sosial proqramlar çərçivəsində, tarixi və mədəni abidələr də ziyarət edilir.

Bundan başqa, hər il məruzələrdən ibarət Məruzə Kitabının nəşr olunması, Türk Dünyası ilə bağlı aparılan tədqiqatların nəsillərə ötürülməsində və paylaşımında mühüm rol oynayır.